Bakıda ev yanıb, bir nəfər zəhərlənib

Bakıda ev yanıb, bir nəfər zəhərlənib
# 27 iyun 2016 10:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ev yanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da saat 20 radələrində Nəsimi rayonunun R.Məmmədov küçəsində yaşayan Babək Hacıyevin mənzilində yanğın baş verib. Nəticədə ümumi sahəsi 54 kvm. olan mənzilin 12 kvm. sahəsində yanar konstruksiyalar və əşyalar yanıb, tüstüdən zəhərlənmiş qonağı, Zaqatala rayon sakini Pirdas Qudiyeva xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR