Nazir Samir Şərifov Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb

Nazir Samir Şərifov Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
# 04 mart 2015 10:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanla Çexiya arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan S. Şərifov bununla belə, əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu, ölkələrimizin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə məlumat verib.

Ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini qeyd edən Y. Mladekin müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Görüşdə maliyyə, energetika, nəqliyyat və dəmir yollarının yenidən qurulması, qarşılıqlı investisiya qoyuluşu, ticarət, kiçik və orta biznesin və sənayenin inkişafı, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR