Yay, payız, qış fəsillərinin Azərbaycana gəlmə vaxtı açıqlanıb

Yay, payız, qış fəsillərinin Azərbaycana gəlmə vaxtı açıqlanıb
# 10 iyun 2016 10:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda 2016-cı il üçün ilin fəsillərinin gəlmə vaxtı açıqlanıb.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, yayın Azərbaycana gəlişi iyunun 21-i Bakı vaxtı ilə saat 02:34-də olacaq. Payızın Azərbaycana gəlişi sentyabr 22-si Bakı vaxtı ilə 18:21, qışın gəlişi isə dekabrın 21-i saat 14:44-ə təsadüf edəcək. Yaz fəsli bu il martın 20-də Bakı vaxtı ilə saat 08:30-da Azərbaycana daxil olub.

Məlumatda bildirilir ki, təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR