Misirdə məktəb avtobusunun qatarla toqquşması nəticəsində 7 nəfər ölüb

Misirdə məktəb avtobusunun qatarla toqquşması nəticəsində 7 nəfər ölüb
# 06 mart 2015 19:33 (UTC +04:00)

Bakı-APA. Misirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Qahirə yaxınlığında məktəb avtobusunun qatarla toqquşması nəticəsində 7 nəfər ölüb. Ölənlər arasında uşaqların da olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya səbəb avtobusun əyləc sistemində yaranmış nasazlıq olub. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR