Səhiyyə Nazirliyi tibbi sosial ekspert komissiyasına göndərişin elektron registrini yaradıb

Səhiyyə Nazirliyi tibbi sosial ekspert komissiyasına göndərişin elektron registrini yaradıb
# 18 dekabr 2014 15:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin yeni elektron xidmətlərinin səhiyyə müəssisələrində tətbiq edilməsi prosesinin davamı olaraq, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na əsasən tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə “Tibbi sosial ekspert komissiyasına göndəriş”in elektron registri yaradılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müvafiq tibbi arayışın səhiyyə müəssisələrində tətbiqi yanvarın 1-dən etibarən “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”dən (VESKS) çap edilərək vətəndaşlara verilməsi ilə təmin ediləcək.

Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması, təlimlərin müvafiq tibbi heyətə keçilməsi və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR