Tereza Mey: "Brexit” üzrə danışıqlara hazırlıq müəyyən vaxt tələb edir”

Tereza Mey: "Brexit” üzrə danışıqlara hazırlıq müəyyən vaxt tələb edir”
# 14 iyul 2016 00:29 (UTC +04:00)

Bakı-APA. “Brexit” üzrə danışıqlara hazırlıq müəyyən vaxt tələb edir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın yeni baş naziri Tereza Mey bəyan edib.

İyulun 13-də, vəzifəyə təyin edildikdən dərhal sonra T.Mey İrlandiya baş naziri Enda Kelli, Fransa prezidenti Fransua Olland və Almaniyanın kansleri Angela Merkel ilə telefon danışığı aparıb.

“Söhbət zamanı baş nazir vurğulayıb ki, Britaniya xalqının Avropa İttifaqının tərkibindən çıxmaq arzusunu yerinə yetirəcək. Tereza Mey qeyd edib ki, “Brexit” üzrə danışıqlara hazırlıq müəyyən vaxt tələb edəcək. O, danışıqların konstruktiv və müsbət şəkildə keçəcəyinə ümid etdiyini bildirib”, baş nazirin nümayəndəsi bildirib.

Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Vətəndaşların 52 faizi Böyük Britaniyanın Aİ-dən çıxmasına səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR