Məkkədə azərbaycanlı zəvvarlar üçün ehsan süfrəsi açılıb

Məkkədə azərbaycanlı zəvvarlar üçün ehsan süfrəsi açılıb
# 02 oktyabr 2014 09:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar üçün Məkkədə ehsan süfrəsi açılıb. QMİ-dən APA-ya verilən məlumata görə, mərasim Heydər Əliyevin ruhuna ithaf olunub.

İdarə nümayəndəsi vurğulayıb ki, bu ənənə illər sonra da davam edəcək. QMİ sədri Allahşükür Paşazadənin təşəbbüsü ilə keçirilən mərasimdə Heydər Əliyevin ruhuna dualar oxunur və ehsan verilib. Ehsan süfrəsi bir neçə yerdə qadın və kişi zəvvarlar üçün ayrı-ayrılıqda təşkil olunub. Ehsan zamanı Qarabağ müharibəsində canlarından keçən şəhidlər də yad edilib, ruhlarına dualar oxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR