ABŞ-ın dövlət katibi və İranın xarici işlər naziri arasında görüş keçiriləcək

ABŞ-ın dövlət katibi və İranın xarici işlər naziri arasında görüş keçiriləcək
# 31 oktyabr 2014 20:32 (UTC +04:00)

Bakı – APA. Noyabrda Omanda İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif, ABŞ Dövlət katibi Con Kerri və Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton arasında üçtərəfli görüşü olacaq.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət departamentinin rəsmisi Cen Psaki bildirib.

“Noyabrın 9 və 10-da dövlət katibi Məhəmməd Cavad Zərif və Ketrin Eştonla Tehranın nüvə proqramını müzakirə etmək üçün Maskata səfər edəcək”, deyə Psaki bildirib.

Bundan əvvəl İranla “altılıq” ölkələri arasında danışıqların noyabrın 18-də Vyanada baş tutacağı bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR