Milli Oftalmologiya Mərkəzində Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Milli Oftalmologiya Mərkəzində Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
# 30 aprel 2013 10:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, konfransda səhiyyə naziri Oqtay Şirəliyev görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyatı və fəaliyyəti barədə ətraflı məlumat verib. O, alimin yüksək insani keyfiyyətlərini, Azərbaycan oftalmologiya elminin inkişafındakı əvəzsiz xidmətlərini vurğulayıb. Zərifə Əliyevanın oftalmologiyanın aktual problemlərinə həsr olunmuş fundamental tədqiqatlarının bu gün də çox məşhur olduğunu bildirib.

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov alimin dünya oftalmologiya elminə verdiyi töhfələri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Xarici ölkə alimləri isə Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşüb, 20-dən çox məruzə dinlənilib, müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR