“Dərman vasitələri haqqında” qanuna əlavələr edilib

“Dərman vasitələri haqqında” qanuna əlavələr edilib
# 16 dekabr 2014 12:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında “Dərman vasitələri haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

H. Rəcəbli bildirib ki, layihənin mahiyyəti dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətinin müvafiq icra hakimiyyəti vasitəsilə dövlət tərəfindən tənzimlənməsinin təklif edilməsindən ibarətdir. Qanunda “dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi” sırasına yeni maddə - “dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi” maddəsi də əlavə edilir. Eyni zamanda, qanuna “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir” maddəsi də əlavə olunur.


Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR