İŞİD Misirdə qəzaya uğramış Rusiya təyyarəsini vurduğunu iddia edir

İŞİD Misirdə qəzaya uğramış Rusiya təyyarəsini vurduğunu iddia edir
# 31 oktyabr 2015 17:51 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, İŞİD qruplaşması “Tvitter”də dərc etdiyi məlumatda bu gün Sinay yarımadası üzərindən uçan təyyarəni vurduğunu bildirib.

Bu məlumat həmçinin İŞİD-in qeyri-rəsmi xəbər agentliyi hesab edilən “Amaq” saytında da dərc edilib.

Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Yerli silahlıların 10-11 km hündürlükdə uçan hədəfi vura biləcək silaha malik olmadığı qeyd olunur.

Rusiyanın Nəqliyyat Nazirliyi və Misirin Müdafiə Nazirliyi bu məlumatı təkzib ediblər.

Rəsmi qurumlar texniki nasazlığın qəzaya səbəb olduğunu əsas versiya kimi göstərir.

Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR