“Müasir Beşnövçülük İttifaqı”nın Gənclər və İdman İdarəsinə qarşı iddiası təmin olunmayıb

“Müasir Beşnövçülük İttifaqı”nın Gənclər və İdman İdarəsinə qarşı iddiası təmin olunmayıb
# 04 sentyabr 2015 09:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda fəaliyyət göstərən “Müasir Beşnövçülük İttifaqı” Bakı şəhəri Nərimanov rayonu Gənclər və İdman İdarəsini məhkəməyə verib.

APA-nın məlumatına görə, ittifaq beynəlxalq birlik statusunun verilməsi barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati - İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianın qeyr-mümkün olması barədə qərardad çıxarıb.

Həmin qərardaddan verilən apellyasiya şikayətinə isə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti qeyri-mümkün hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR