Balakəndə folklor və turizm festivalı öz işinə başlayıb - FOTOSESSİYA

Balakəndə folklor və turizm festivalı öz işinə başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 25 sentyabr 2014 22:41 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Mədəniyyət və Turizm Nazirliyinin və Balakən rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Balakəndə ilk dəfə “Balakən payızı” adlı folklor və turizm festivalı öz işinə başlayıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iki gün davam edəcək festivalda yerli və xarici ölkələrdən gələn folklor qrupları öz məharətlərini nümayiş etdirəcək milli adət-ənənələri əks etdirən sərgilər təşkil olunacaq.

Festival rayon mədəniyyət mərkəzinin qarşısında folklor qruplarının təqdimatı ilə başlayıb. Festivalın təşkilat komitəsinin sədri Azad Balayev çıxış edərək festifala qatılan yerli və xarici qonaqları salamlayıb və ilk dəfə keçirilən bu festivalın əhəmiyyətini vurğulayıb. Folklor qrupları öz musiqi nömrələrini təqdim edib. Daha sonra festival iştirakçıları Heydər Əlyev prospekti boyunca sülh yürüşü keçirib.

Festifal iştitakçıları daha sonra rayon mədəniyyət və istirahət parkında Balakən rayonunn tarix və mədəniyyətini, incəsənətini əks etdirən sərgi ilə tanış olub. Burada həmçinin yerli və xarici qonaqlara Balakən mətbəxindən müxtəlif milli yeməklər təqdim olunub.

Daha sonra Heydər Əliyevin adını daşıyan rayon mədəniyyət və istirahət parkında festivalın açılış mərasimi keçirilib. Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bildirilib ki, Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən ölkə və dünya miqyaslı bütün tədbirlərdə layiqincə təmsil olunur. Bu tədbir çərçivəsində həmçinin Balakənin turizm potensialının tandılması istiqamətində iş aparıldığı, yerli və xarici folklor qrupu nümayəndələrinin rayonun tarixi və mədəniyyət abidələrinə səyahətlərin təşkil olunacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR