Sərbəst güləş üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının sabiq bolqarıstanlı məşqçiləri Filip Manolov və Simyon Atanasov baş prokuror Zakir Qaralov və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanlayıb.
ONA-nın əldə etdiyi xəbərə görə, F. Manolov müraciətində Güləş Federasiyasının baş katibi olmuş Əjdər Cəfərov tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edir: "2014-cü ilin mayın 1-dən sərbəst güləş üzrə qadınlardan ibarət yığmanın məşqçi təyin olunmuşam və oktyabradək 5 ay müddətində məşqçi kimi işləmişəm. Qızım Elis Manolova 2014-cü ildən güləş üzrə Bolqarıstan yığma komandasından Azərbaycanın yığma komandasına transfer olunub və Azərbaycanın bayrağı altında çıxış edib.
Mənim aylıq əmək haqqım 2500 ABŞ dolları olub. Lakin həmin vaxt federasiyasının baş katibi olan Əjdər Cəfərov qarşımda şərt qoydu ki, əmək haqqımın yarısını, yəni 1250 ABŞ dollarını hər ay ona verməliyəm. Əks təqdirdə məni işdən azad edəcəyi ilə hədələdi. Məcburiyyət qarşısında qalıb, həmçinin qızımın karyerasına görə 5 ay müddətində onun qoymuş olduğu qayda ilə işlədim. Sonuncu dəfə mən pulu verəndə ona etirazımı bildirdim və dedim ki, gələn aydan pulu ödəməyəcəyəm. Belə olan halda, 2014-cü ilin oktyabr ayında o, məni məşqçi kimi işdən azad etdi və ultimatum verdi ki, mən Azərbaycanı tərk etməliyəm, əks təqdirdə mənə problemlər yaradacaq. Buna görə də mən Bolqarıstana qayıtmağa məcbur oldum”.
Mütəxəssis həmçinin iddia edir ki, bundan başqa, Əjdər Cəfərov Elis Manalovanın əldə etdiyi nailiyyətlərlə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ayrılan pul mükafatını da mənimsəyib.
S.Atanasovun imzaladığı müraciətdə isə baş katibə 100.000 ABŞ dolları verdiyini iddia edib: "Mən 2013-2014-cü illərdə Azərbaycan Güləş Federasiyasında əvvəl kişilərdən ibarət komandada, 2015-2017-ci illərdə qadınlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərmişəm. İşlədiyim dövrdə güləş üzrə Avropa və dünya çempionatlarında məşq etdirdiyim idmançıların göstərmiş olduqları nailiyyətlərə görə bizə müxtəlif məbləğlərdə pul vəsaiti şəkilində mükafatlar ödənilib. Həmin dövrdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində işləmiş Əjdər Cəfərov mənim qarşımda şərt qoyub ki, mən aldığım mükafatın 50 faiz hissəsini hər dəfə ona verməliyəm. Əks təqdirdə, məni işləməyimə imkan verməyəcəyi ilə hədələdi. Mən məcburiyyət qarşısında qalıb, hər dəfə aldığım mükafatların yarısını ona verirdim. Mənim Əjdər Cəfərova verdiyim pulların ümumi məbləği 100.000 ABŞ dolları olub. Bundan başqa, Əjdər Cəfərov 2015-ci ildə Bakı şəhərində keçirilən Birinci Avropa Oyunlarının qalibi olan tələbəm Anjela Doroqana da ödənilməli olan mükafatın 60.000 ABŞ dollarını alıb”.
Hər iki məşqçi müraciətlərinin sonunda Əjdər Cəfərovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsini və onun tərəfindən mənimsənilən pullarımın qaytarılmasını xahiş edib.
Əcnəbi məşqçilər Güləş Federasiyasının sabiq baş katibi ilə bağlı prokurorluğa müraciət edib
Xəbər Lenti
Emin Əmrullayev məktəblərin dərs saatlarının dəyişdirilməsi məsələsinə münasibət bildirib
Müəllimlərin vahid geyim forması ilə bağlı bu günlərdə yeni qaydalar qüvvəyə minəcək
Emin Əmrullayev: Peşə məktəblərinə qəbul sayı iki dəfə artıb
Polşada Rusiyaya məxsus olduğu ehtimal edilən PUA tapılıb
Nazir: Müəllimlik ixtisaslarına qəbul balını artırmaqla daha yaxşı müəllimlər yetişdirə bilərik, qəbul sayı azalıb
44 mindən çox təhsil işçisinə süni intellektdən istifadə hüquqları veriləcək
Nazir: Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatları artırılacaq
Emin Əmrullayev: 73 min müəllimin əməkhaqqısına əlavə olunub
Nazir: Böyük Qayıdış çərçivəsində bu il 15 təhsil müəssisəsi fəaliyyətə başlayacaq
Yeni tədris ilində Azərbaycanda 2,2 milyon nəfər təhsil alacaq
Dövlət Komissiyası: Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 675 xəstə müalicə alır
Azərbaycanda səkkiz ayda 208 milyon milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb
TDT Baş katibi: Beş türk dövləti arasında şəxsiyyət vəsiqəsi ilə səfər mümkün olacaq
Enerji xərclərinizi “Unibank”la azaldın
Gürcüstanın keçmiş müdafiə nazirinin həbs müddəti 10 ildən 5 ilə endirilib
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub - FOTO
TikTok Azərbaycanda süni intellektlə bağlı maarifləndirici təşəbbüsə başlayır
Gürcüstan DTX-nın rəhbəri istefa verib, yeni vəzifəyə təyinat alıb - YENİLƏNİB
KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb
Rusiya son sutkada Ukraynanın 1 000-dən çox PUA-sını vurub
Kreml Trampın Kiyevə çağırışını yüksək qiymətləndirir
Azərbaycan və Asiya İnkişaf Bankı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
ADY: Sabahdan Xırdalan–Bakı istiqamətində hərəkət vaxtı qısaldılacaq
Hakan Fidan Azərbaycana səfər edəcək
Gürcüstan DTX-nın rəhbəri vəzifəsinə namizəd irəli sürülüb
Aeroportda sərnişinlərin baqajından gömrükdən gizlədilən dərmanlar və siqaretlər aşkarlanıb
Azərbaycan vətəndaşları 90 gün İordaniyada vizasız qala biləcək
Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başlayıb - FOTO
Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Yeni tədris ilində Bakıda 504 mindən çox şagird təhsil alacaq, 35 mindən çox uşaq bağçaya gedəcək
Pilotsuz uçuş aparatı Moldova sərhədini keçərək Ukraynaya qayıdıb
Bəqai: ABŞ-a məxsus sualtı qayıq saxlanılmayıb, qənimət götürülüb
Heydər Əliyev adına Hərbi İnstitutda andiçmə mərasimi keçirilib - VİDEO
Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb
DİN: Ötən iki gündə 8 avtomat, 8 tüfəng aşkarlanıb
Bakı metrosunda qatarlararası intervallar azaldılır
Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim edilib
Rəşad Həsənov maliyyə nazirinin müşaviri təyin olunub
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
“Moody’s”: İlin sonunadək neftin qiyməti 90–110 dollar intervalında qalacaq
Sabah Bakıda 32 dərəcə isti olacaq
Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür
Avstriyanın Tehrandakı diplomatik nümayəndəsi İran XİN-ə çağırılıb
FHN-in Aran Regional Mərkəzi təlim keçirib
Baş katib: Türk dünyasının dini liderlərinin bir yerə toplaşması böyük əhəmiyyət daşıyır
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb
İpotekaya ev alanda etibarlı sığorta şirkəti seçin