Bank Of Baku

TDT Baş katibi: Beş türk dövləti arasında şəxsiyyət vəsiqəsi ilə səfər mümkün olacaq

TDT Baş katibi Kubanıçbek Ömüralıyev

© APA | TDT Baş katibi Kubanıçbek Ömüralıyev

# 14 sentyabr 2026 14:51 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşlarının pasportdan istifadə etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi istiqamətində iş aparılır.

Bu barədə APA-ya açıqlamasında TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

Baş katib qeyd edib ki, Azərbaycan və Türkiyə arasında vətəndaşların şəxsiyyət vəsiqəsi ilə, pasportsuz səfər imkanından artıq istifadə olunur: “Digər türk dövlətləri ilə də bunun mümkün olması üzərində də biz işləyirik. Bu ölkələr Qırğızıstan, Qazaxıstan və Özbəkistandır. Bunu təkcə bir ölkə ilə deyil, birlikdə həyata keçirə bilərik”.

O, sözügedən məsələnin TDT-nin gündəmində olduğunu vurğulayıb:

“İnşallah, bu, bizim gündəmimizdədir. Söhbət beş ölkədən gedir: Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan. Layihənin ən qısa zamanda tamamlanması üçün hazırlıqlar davam etdirilir”.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Türkmənistan isə müşahidəçi ölkədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR