Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində məktəblərdə görüşlər keçirib

Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində məktəblərdə görüşlər keçirib
# 17 sentyabr 2015 15:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Prezident yanında Bilik Fondu ikinci ildir Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə “İlboyu bilik” proqramı çərçivəsində Bilik Günündə ölkənin bütün məktəblərində mühazirələr təşkil edir.

Fonddan APA-ya verilən məlumata görə, layihə ötən il 70-dən çox məktəbdə həyata keçirilmişdisə, bu il 161 təhsil ocağı qapılarını Azərbaycanın tanınmış ictimai xadimlərinin üzünə açıb.

Rus Pravoslav Kilsəsinin Arxiyepiskopu Aleksandr Şeynin Nizami rayonundakı 145 nömrəli tam orta məktəbdə, Alban-Udi Xtistian İcmasının sədri Robert Mobili Qəbələ rayonundakı 2 nömrəli Nic qəsəbə məktəbində, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev Laçın rayonu S.Məmmədov adına Kamallı kənd orta məktəbində, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR