“Bakı Elektriktökmə” ASC-nin apellyasiya şikayəti təmin olunmayıb

“Bakı Elektriktökmə” ASC-nin apellyasiya şikayəti təmin olunmayıb
# 25 may 2016 07:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Bakı Elektriktökmə” ASC-nin Dövlət Sosial Müdafiə Fonduna qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, ASC yoxlama aktının qismən etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etmədiyindən ASC apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR