Bakı Ali Neft Məktəbində İSESKO-nun baş direktoru ilə görüş keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində İSESKO-nun baş direktoru ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 18 mart 2013 13:30 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Bakı Ali Neft Məktəbində (BANM) İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş direktoru, İslam Dünyası Universitetləri Federasiyasının baş katibi Əbdüləziz Bin Osman əl-Tüveyci ilə görüş keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən BANM-nin rektoru Elmar Qasımov bildirib ki, İSESKO ilə Azərbaycan arasında sıx və dost münasibətlər mövcuddur.

BANM-də tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlər haqqında ətraflı məlumat verən rektor qeyd edib ki, məktəb fəaliyyətə başlamasının ilk ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulunun göstəricilərinə görə tərtib etdiyi reytinq cədvəlində lider olub. Ali məktəbdə tədrisin ingilis dilində təşkil edildiyini vurğulayan rektor bu məqsədlə Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını, mütəxəssis hazırlığının bu universitetin tədris proqramları əsasında müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyini və məzunlara 2 diplom veriləcəyini diqqətə çatdırıb. Yaxın gələcəkdə isə BANM-nin tələbələri üçün müasir tələblərə cavab verən kampus salınacaq.

İSESKO-nun baş direktoru isə qeyd edib ki, son illər Azərbaycan yüksək sürətlə inkişaf edib. Azərbaycanın İSESKO ilə əlaqələrinin yüksək səviyyədə olmasında Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın xidmətlərini vurğulayan qonaq deyib ki, bu əlaqələr daha da inkişaf edəcək.

Tədbir çərçivəsində BANM ilə İslam Dünyası Universitetləri Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR