Azərbaycandakı kommersiya banklarından biri səhmlərinin 30%-ini satışa çıxarır - EKSKLÜZİV

Azərbaycandakı kommersiya banklarından biri səhmlərinin 30%-ini satışa çıxarır - <span style="color: red;">EKSKLÜZİV
# 18 noyabr 2015 10:14 (UTC +04:00)

Bunu “APA-Economics”ə açıqlamasında bankın baş direktoru Pərvin Nuriyev bildirib.

Baş direktorun sözlərinə görə, səhmlər həm yerli, həm də xarici investora satıla bilər: "Bizim planımızda belə bir şey var. Bununla bağlı bankdaxili müzakirələr aparılır. Paralel olaraq, biz investorlarla da danışıqlara başlamışıq. Danışıqların detallarını açıqlaya bilmərəm. Yalnız onu deyə bilərəm ki, fors-major situasiyada 15-30% səhmlərimizi sata bilərik".

P. Nuriyev qeyd edib ki, əqd gələn ilin əvvəllərində bağlana bilər.

"İstənilən halda, majoritar səhmdarlar kimi hazırkı payçılarımız qalacaq", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR