Narkotik mənşəli bitki əkən Şirvan sakini saxlanılıb - VİDEO

Narkotik mənşəli bitki əkən Şirvan sakini saxlanılıb - <span style="color: red;">VİDEO
# 05 oktyabr 2015 11:36 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan sakininin həyətində çətənə kolları aşkar edilib.

Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Keçirilən əməliyyat tədbirləri çərçivəsində Şirvan şəhəri, A.Mustafayev küçəsi 31 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Nağıyev Asif Rəhman oğlunun həyətində yerləşən tikilinin ərazisindən çətənə kolları aşkar edilərək götürülüb.

Daha sonra onun evinə baxış keçirilərkən müxtəlif üsullarla qablaşdırılmış metal qutuda 10,15 qram, kibrit qutusunda 6,73 qram, 7,53 qram və 0,93 qram çəkilərdə qurudulmuş marixuana aşkar edilib. Asif Nağıyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR