Bakı. Şəhriyar Əlizadə - APA. Hacıqabulda dəmir yolu stansiyasında silah-sursat aşkar edilib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən Hacıqabul dəmir yolu stansiyasının ərazisindən 2 ədəd qumbara, 76 ədəd müxtəlif çaplı patron və 1 ədəd süngü-bıçaq tapılıb.