Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin məhkəmə prosesi qapalı rejimdə baş tutacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi ittiham tərəfinin vəsatəti əsasında qəbul edib.
Qərarın qəbuluna əsas kimi məhkəmə prosesi zamanı məxfi məlumatların açıqlanması ehtimalı göstərilib.
Müdafiə tərəfi vəsatətə etiraz edib və məhkəmə prosesinin qapalı keçirilməsi üçün heç bir əsasın olmadığını bildirib.
11:17
Tbilisi Şəhər Məhkəməsi bu gündən korrupsiya ilə əlaqəli cinayətlərdə ittiham olunan Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin işinə mahiyyəti üzrə baxmağa başlayır.
APA-nın yerli bürosu xəbər verir ki, sabiq hökumət başçısı məhkəmə iclasında iştirak edəcək.
İclasda tərəflərin çıxışları gözlənilir.
Qeyd edək ki, İrakli Qaribaşviliyə qarşı irəli sürülmüş ittihama görə 11 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Xatırladaq ki, sabiq Baş nazir bu ilin yanvarında xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılmasına görə məhkum edilib. O, təqsirinin etiraf edilməsi barədə prosesual razılaşma əsasında 5 il müddətinə azadlıqdan məhrum edilib və 1 milyon lari məbləğində cərimə ödəyib.