Kreml: Rusiya Çanaqqala döyüşünün ildönümü mərasimində yüksək səviyyədə təmsil olunacaq

Kreml: Rusiya Çanaqqala döyüşünün ildönümü mərasimində yüksək səviyyədə təmsil olunacaq
# 09 aprel 2015 13:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya prezidenti Vladimir Putinin aprelin 24-də qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş mərasimdə iştirak üçün İrəvana səfər etməsi məsələsinə hələlik baxılır.

APA-nın "İnterfaks"a istinadən veriyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

D. Peskov deyib ki, bu məsələ hazırda keçirilir, bununla bağlı açıqlama veriləcək. Onun sözlərinə görə, eyni zamanda həmin gün Türkiyədə Çanaqqala döyüşünün 100 illiyi münasibətilə mərasim keçiriləcək: “Rusiya Federasiyası türkiyəli tərəfdaşlarımız tərəfindən Çanaqqalada keçirilməsi planlaşdırılan anma mərasimlərində yüksək səviyyədə təmsil olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR