Türkiyədə G20 kənd təsərrüfatı nazirlərinin iclasına hazırlıq məqsədi ilə iclas keçirilib - FOTO

Türkiyədə G20 kənd təsərrüfatı nazirlərinin iclasına hazırlıq məqsədi ilə iclas keçirilib - <span style="color: red;">FOTO
# 29 mart 2015 07:05 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Türkiyənin G20-yə sədrliyi çərçivəsində bu ilin may ayında keçiriləcək G20 kənd təsərrüfatı nazirlərinin iclasına hazırlıq məqsədi ilə bu ölkənin paytaxtında kənd təsərrüfatı nazir müavinlərinin birinci iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclasda dayanıqlı ərzaq sistemlərə nail olmaq istiqamətində G20 ölkələrinin əsas prioritetlərini ehtiva edən kommünikenin ilkin layihəsi müzakirə olunub, sənəd layihəsinin məzmunu ətrafında fikir mübadiləsi aparılaraq müvafiq təkliflər səsləndirilib.

Tədbirdə nazirlərin görüşünə qədər sənəd layihəsinin təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR