Şəkidə 77 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Şəkidə 77 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
# 13 noyabr 2015 20:03 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə tənha yaşayan 77 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 20:30 radələrində Şəki şəhəri Əlövsət Sadıqov küçəsində yaşayan, 1938-ci il təvəllüdlü Tahirə Əliabbas qızı Bayramova koma vəziyyətində xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, tənha yaşayan 77 yaşlı Tahirə Bayramova yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə yaxın qohumları tərəfindən aşkar edilib. Tahirə Bayramovaya ağır kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR