"Azərişıq" "Elektron hökumət" portalına inteqrasiya olunacaq - FOTO

"Azərişıq" "Elektron hökumət" portalına inteqrasiya olunacaq - <span style="color: red;">FOTO
# 06 may 2015 13:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gün "Elektron hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha bir dövlət qurumunun portala inteqrasiyası ilə əlaqədar toplantı keçirilib.

Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, "Azərişıq” ASC-nin aidiyyatı nümayəndələrinin iştirak etdiyi toplantıda qurumun portala inteqrasiyası ilə əlaqədar mövcud informasiya sistemlərinin FİN-ə uyğunlaşdırılması və informasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması məsələləri müzakirə edilib. Bununla yanaşı, "Azərişıq” ASC-nin yaradılması ilə əlaqədar reyestrlərdə müvafiq dəyişiklərin edilməsinin zəruriliyi vurğulanıb.

Toplantıda MHM tərəfindən qurumun portala qoşulması üçün texniki məsələlərin həll edilməsi istiqamətində və informasiya sisteminin FİN-ə uyğunlaşdırılması ilə əlaqədar dəstəyin göstəriləcəyi vurğulanıb. Həmçinin, MHM "Azərişıq” ASC-yə informasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması üçün portal üzərindən İAMAS-dan servisin ötürülməsini təmin edəcək.

Toplantıda "Azərişıq” ASC tərəfindən portal üzərindən təqdim ediləcək elektron xidmətlərin adları müəyyənləşdirilib. Tezliklə portal üzərindən enerji haqlarının internet vasitəsilə ödənilməsi, işıq kodunun yeni abunəçinin adına keçirilməsi üçün e-müraciət, istehlakçıların elektrik şəbəkəsinə qoşulması üçün e-müraciət, enerji borcu olmaması barədə elektron arayış kimi elektron xidmətlər təqdim ediləcək.

İlkin mərhələdə portalda qeydiyyatdan keçən istifadəçinin FİN-ə görə işıq kodunun avtomatik təyin edilməsi və avtomatik təyin edilmə mümkün olmadıqda abonent kodunu əllə daxil edilməsi imkanları yaradılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR