Keçmiş Qarabağ döyüşçüsü Jirayr Səfilyan dövlət çevirilişi ittihamı ilə tutulub

Keçmiş Qarabağ döyüşçüsü Jirayr Səfilyan dövlət çevirilişi ittihamı ilə tutulub
# 20 iyun 2016 12:24 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Ermənistanda müxalif hərbçi, Qarabağ müharibəsi iştirakçısı Jirayr Səfilyan saxlanılıb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə bu il mayın 20-də Tsisenakaberd şosesində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlıdır. Hadisə zamanı avtomobillərdən birində AK-74 tipli iki avtomat və 120 güllə tapılıb.

Sürücü və sərnişin silah və döyüş sursatlarının qanunsuz saxlanılması ilə bağlı məsuliyyətə cəlb olunublar. Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxslərin kimliyi və qanunsuz silahlı dövriyyəsi ilə bağlı vəziyyət müəyyənləşdirilib.

Məlum olub ki, Jirayr Sefilyan bir qrup şəxslə silahlı hücumlar təşkil etməklə, bina, tikinti, rabitə və kommunikasiya vasitələrini, o cümlədən İrəvandakı teleqülləni tutmağı planlaşdırıb, bu məqsədlə silah və döyüş sursatlarının əldə olunması, daşınması və saxlanması həyata keçirilib. Dəstə üzvlərindən bəziləri aprel müharibəsindən sonra fəaliyyətə keçməyi planlaşdırıblar.

Cinayət işi çərçivəsində 8 nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan 6-sı həbs olunub. Bir nəfər barəsində axtarış elan olunub.

Jirayr Səfilyan isə iyunun 20-də saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR