Avropa Komissiyası: Suriyada cihadçılar tərəfində 5-6 min avropalı vuruşur

Avropa Komissiyası: Suriyada cihadçılar tərəfində 5-6 min avropalı vuruşur
# 13 aprel 2015 21:55 (UTC +04:00)

Bakı-APA. Suriyada cihadçılar tərəfində 5-6 min avropalı vuruşur.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının ədliyyə məsələləri üzrə komissarı Vera Yurova bildirib.

“Hesablamalarımıza görə, 5-6 min nəfər Avropanı tərk edib və hazırda Suriyadadır. Lakin bu rəqəmlər qat-qat artıq da ola bilər. Hərbi əməliyyatlar gedən ərazilərdə silahlıları izləmək və müəyyənləşdirmək çətin olur”, deyə V.Yurova bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR