SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkəti ilə danışıqları davam etdirir

SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkəti ilə danışıqları davam etdirir
# 19 mart 2015 09:50 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, danışıqların uzanmasına səbəb Avropada olan ağır bürokratiyadır: "SOCAR-ın çox böyük qrupu bu layihə üzərində işləyir”.

R. Abdullayev deyib ki, Yunanıstanın yeni hökumətinin bu məsələ ilə bağlı heç bir iradı yoxdur: “Yeni hökumət köhnə hökumətin qəbul etdiyi qərarlara hörmətlə yanaşdığını bildirir. Biz də bu qərarlara hörmətlə yanaşırıq. Bu gəlirli layihədir, gələcəkdə Azərbaycan qazının inkişafında böyük rol oynayır. Avropada qaz ixrac edən şirkətlər çox fərqlidir və biz də gərək o qanunlara uyğun çalışaq”.

Qeyd edək ki, 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR