Masallının üç kəndində yeni həkim məntəqələri istifadəyə verilib

Masallının üç kəndində yeni həkim məntəqələri istifadəyə verilib
# 21 iyun 2016 18:55 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Bu gün Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Masallı rayonunun Gəyəçöl, Xıl və Səmidxan kəndlərində tikilmiş yeni həkim məntəqələrinin açılış mərasimləri keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun, Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktor müavini-İcma İnkişafı Meneceri Gülbəniz Qənbərovanın, Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Daniel Ovenin və yerli sakinlərin iştirakı ilə keçən mərasimlərdə səslənən çıxışlarda bölgələrdə sosial problemlərin həlli, ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində böyük işlərin görüldüyü diqqətə çatdırılaraq, bunun üçün ölkə başçısına dərin minnətdarlıq ifadə olunub.

Çıxışlarda həmçinin Masallı rayonunda son illərdə səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də ətraflı söz açılıb.

Rəsmi hissədən sonra rəmzi qırmızı lenti kəsilib və tədbir iştirakçıları həkim məntəqələrinin otaqlarında yaradılmış şəraitlə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR