"Kapital Bank" müştərilərinə kinoteatra bilet hədiyyə edir

"Kapital Bank" müştərilərinə kinoteatra bilet hədiyyə edir
# 02 iyun 2016 08:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Kapital Bank”ın yeni aksiyası çərçivəsində Gəncə, Kəpəz, Göygöl və Samux filiallarından kredit götürən müştərilərə kinoteatra bilet hədiyyə olunur.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, aksiya iyunun 15-dək davam edəcək.

Kreditin məbləği 300 - 15000 manat, illik faiz dərəcəsi isə 31% təşkil edir. Kreditin müddəti 36 ayadək rəsmiləşdirilə bilər.

Qeyd edək ki, kredit maaş və ya pensiyasını “Kapital Bank”dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR