Xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanıb

Xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanıb
# 27 fevral 2015 09:34 (UTC +04:00)

Bakı - APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bakı Slavyan Universiteti ilə birlikdə hazırladığı “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkələrin ali təhsil ocaqlarında tədrisinə başlanılıb.

Mərkəzin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Azərbaycan multikulturalizmi” fənni bir neçə gündür Litva Respublikasının Litva Pedaqoji Universitetində, Rusiya Federasiyasının Ural Federal Universitetində və Belarus Respublikasının Belarus Dövlət Universitetində tədris edilir.


Fevralın 26-dan başlayaraq Azərbaycan multikulturalizmi fənninin Bolqarıstan Respublikasının Müqəddəs Kliment Oxridski adına Sofia Universitetində tədrisinə başlanıb. Mart ayından etibarən bu fənnin daha üç ölkədə - İtaliya Respublikasının La Sapienza Universitetində, Çexiya Respublikasının Karlov Universitetində və Gürcüstan Respublikasının Tbilisi Dövlət Universitetində tədrisinə start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR