SOCAR qazma işlərini artırıb

SOCAR qazma işlərini artırıb
# 03 noyabr 2015 14:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9 174 metr qazma işi həyata keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 460 metr və ya 5,28% çoxdur. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 92 323 metr qazma işi görülüb. Bu, ötən ilin 10 ayı ilə müqayisədə 15 128 metr və ya 14,08% azdır. Bunun da 91 323 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Qeyd edək ki, oktyabr ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 59 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR