Paşha Bank
Bank Of Baku

Londondan Varşavaya uçan təyyarədə bomba olması barədə xəbər yayılıb

Londondan Varşavaya uçan təyyarədə bomba olması barədə xəbər yayılıb
# 03 noyabr 2026 14:08 (UTC +04:00)

Londondan Polşaya uçan sərnişin təyyarəsi təcili eniş etməyə məcbur olub.


“The Sun” xəbər verir ki, Polşa Hava Yollarına məxsus və göyərtəsində 181 nəfər olan təyyarənin enməsi planlaşdırılan hava limanı əvvəlcə Varşava Şopin Hava Limanı olub.


Lakin, göyərtədə bomba olması ilə bağlı məlumat alındıqdan sonra uçuşun istiqaməti Varşava Modlin Hava Limanına dəyişdirilib.


Təyyarə eniş edib və təhlükəsizlik mütəxəssisləri hazırda təyyarədə yoxlama aparır.


Sözügedən hava limanı növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR