“Botaş” və “BP Pipelines” şirkətləri TANAP-da pay əldə etmək niyyətindədir

“Botaş” və “BP Pipelines” şirkətləri TANAP-da pay əldə etmək niyyətindədir
# 20 dekabr 2014 08:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Türkiyənin “Botaş” boru kəməri şirkəti və “BP Pipelines” Trans-Anadolu boru kəmərinin (TANAP) tikintisi üçün konsorsiumun səhmlərinin alınması ilə bağlı Türkiyə Antiinhisar Komitəsinə müraciət edib.

APA-Economics”in məlumatına görə, bu barədə Türkiyənin Antiinhisar Komitəsinin saytında dərc edilmiş məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, “Botaş” TANAP-da 30% pay əldə etmək niyyətindədir. "BP Pipelines" şirkəti isə konsorsiumda 100% səhmlərə malik Azərbaycan Dövlət Neft Şirkətinə məxsus "Gas Corridor Closed Joint Stock company"də 12% pay almaq fiktrindədir.

Xatırladaq ki, TANAP kəməri 2018-ci ilin IV rübündə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 11,8 mlrd. dollar qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR