Yekaterinburq meriyası ermənilərin kütləvi aksiya keçirməsinə icazə verməyib

Yekaterinburq meriyası ermənilərin kütləvi aksiya keçirməsinə icazə verməyib
# 22 aprel 2015 13:59 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Yekaterinburq şəhərinin meriyası erməni diasporuna uydurma “soyqırım”ın 100 illiyi ilə əlaqədar kütləvi aksiya keçirməyə icazə verməyib. APA-nın Rusiya bürosunun məlumatına görə, meriyanın belə qərar verməsinin səbəbi aprelin 19-da 27 yaşlı azərbaycanlı Emil Hüseynovun erməni Tiqran Çiçakyan tərəfindən qətlə yetirilməsi olub.

Meriya erməni diasporuna Surb Ovannes Karapet Kilsəsindən start götürülməsi planlaşdırılan dinc yürüş keçirmək barədə verdiyi icazəni ləğv edib.

“Ura.ru” saytının yazdığına görə, qətldən sonra Azərbaycanın bu şəhərdəki konsulluğu şəhər rəhbərliyindən diplomatik nümayəndəliyin mühafizəsinin gücləndirilməsini xahiş edib.


Qeyd edək ki, qətl hadisəsi aprelin 19-da səhər saatlarında Yekaterinburqun Çkalovsk rayonunda yerləşən kafedə qeydə alınıb. Rayonun hüquq-mühafizə orqanlarına kafedə insident baş verdiyi və nəticədə Emil Hüseynov adlı azərbaycanlının ürəyindən bıçaqlanaraq qətlə yetirildiyi barədə məlumat daxil olub. İstintaq Komitəsi tərəfindən faktla bağlı cinayət işi başlanıb, qətldə təqsirləndirilən milliyyətcə erməni, 1992-ci il təvəllüdlü Tiqran Çiçakyan saxlanılıb. T. Çiçakyanın əvvəllər məhkumluq həyatı yaşadığı da məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR