Hesablama Palatası “Azərkosmos” ASC-də yoxlama aparacaq

Hesablama Palatası “Azərkosmos” ASC-də yoxlama aparacaq
# 13 noyabr 2014 07:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Hesablama Palatasının Kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhər Səhiyyə şöbəsinə və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Ağstafa rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Şəki şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiqlənib.

Eyni zamanda “Azərkosmos” ASC tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin, cəlb edilən kreditlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin, kreditlərin qaytarılma vəziyyətinin, dövlət büdcəsinin gəlirlərinin və büdcədənkənar vəsaitlərin hesablanması və ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun auditinə dair audit proqramları təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR