Bank Of Baku

Sürücülük vəsiqəsi və qeydiyyata görə rüsumun artırılması məsələsi MM-in gündəliyinə salınıb

Sürücülük vəsiqəsi və qeydiyyata görə rüsumun artırılması məsələsi MM-in gündəliyinə salınıb
# 29 iyun 2018 10:05 (UTC +04:00)

Milli Məclisin bu gün növbədənkənar sessiyada sonuncu plenar iclasının gündəliyinə daha bir məsələ əlavə edilib.

 

APA-nın məlumatına görə, bunu iclasa sədrlik edən Oqtay Əsədov bildirib.

 

Bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərdir.

 

Dəyişiklik layihəsində sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumunun 18 manatdan 25 manata, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun isə 17 manatdan 25 manata qaldırılması nəzərdə tutulur.

 

Bununla da, iclasın gündəliyində olan məsələlərin sayı 40-a çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR