Bank Of Baku

FT: Tramp Ukraynaya "Patriot"lar üçün raket vermək niyyətində deyil

FT: Tramp Ukraynaya "Patriot"lar üçün raket vermək niyyətində deyil
# 05 avqust 2026 13:20 (UTC +04:00)

Prezident Donald Tramp ABŞ-da sursat ehtiyatının azalması səbəbindən Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün raketlər vermək niyyətində deyil.

Bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ administrasiyası Ukraynanın “Patriot” raketlərinin istehsalı ilə bağlı müraciətini müzakirə etməyə davam etsə də, Tramp mövcud ehtiyatların məhdudluğu və ABŞ-ın öz müdafiə ehtiyaclarını əsas gətirərək hazır raketlərin Kiyevə göndərilməsinə qarşı çıxır.

“Financial Times” qeyd edir ki, ABŞ-ın “Patriot” raketləri ehtiyatı son aylarda, o cümlədən İranla münaqişə zamanı istifadə nəticəsində əhəmiyyətli dərəcədə azalıb. Bu isə Vaşinqtonda ölkənin öz hərbi hazırlığı ilə bağlı narahatlıqları artırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR