YUNESKO: Silahlılar Liviyada tarixi abidələri ağır texnika vasitəsilə məhv edir

YUNESKO: Silahlılar Liviyada tarixi abidələri ağır texnika vasitəsilə məhv edir
# 27 may 2015 01:26 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə YUNESKO-nun müşaviri, dünya irsinin ərəb regional mərkəzinin müdiri Munir Buşenaki bildirib.

“Liviyada tarixi və mədəniyyət abidələrinin qorunması sahəsində çox gərgin vəziyyət yaranıb. Onlar qəsdən ağır texnika, ekskavatorlar vasitəsilə tamamilə məhv edilir” – deyə Buşenaki bildirib.

Onun sözlərinə görə, ekstremistlər hətta Tadrart Akakus dağ massivindəki eramızdan əvvəl 12000-ci ilə aid edilən qayaüstü təsvirləri məhv etməyə başlayıb.

Liviyadakı tarixi abidələrin qorunub saxlanılması məqsədi ilə Mərkəz Bəhreyndə Liviya muzeylərinin əməkdaşlarının görüşünü keçirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR