Millət vəkili: “Kəndli hələ də öz məhsulunu bazara çıxara bilmir”

Millət vəkili: “Kəndli hələ də öz məhsulunu bazara çıxara bilmir”
# 18 noyabr 2014 10:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Ölkədə hələ də kəndli öz məhsulunu bazara çıxara bilmir. Buna görə, biz həvəsləndirici metodlar həyata keçirməliyik”.

APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Millət vəkili bildirib ki, gələn ilin büdcəsində aqrar sektora geniş yer ayrılıb.

“Aqrar sektorda böyük işlər görülür. Ölkədə 30-a yaxın iri fermer təsərrüfatı yaradılıb. Sahibkarın sərəncamında iri torpaqlar var, bu isə o deməkdir ki, məhsuldarlıq yüksək olacaq. Biz daxili bazarımızı qorumalıyıq. Hələ də kəndli öz məhsulunu bazara çıxara bilmir, öz əməyindən mənfəət əldə edə bilmir. Biz həvəsləndirici metodlar həyata keçirməliyik. Düzdür, 100 mln. manatlıq subsidiya verilir, amma bəlkə biz oturub danışmalıyıq ki, subsidiya nəticəyə görə verilsin”, - deyə Z. Səmədzadə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR