2014-cü ildə xarici ölkə vətəndaşlarının işğal edilmiş Azərbaycan ərazilərinə səfərlərinin qarşısının alınması istiqamətində davamlı tədbirlər görülüb

2014-cü ildə xarici ölkə vətəndaşlarının işğal edilmiş Azərbaycan ərazilərinə səfərlərinin qarşısının alınması istiqamətində davamlı tədbirlər görülüb
# 06 mart 2015 09:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətlərin, xarici ölkə vətəndaşlarının işğal edilmiş ərazilərə səfərlərinin qarşısının alınması istiqamətində il ərzində davamlı tədbirlər görülüb, müvafiq notalar hazırlanaraq müvafiq ölkələrin Xarici İşlər nazirliklərinə göndərilib”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.

Hesabat dövründə “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə məşğul olan xarici şirkət və qurumların siyahısı”nın təkmilləşdirilməsi və bu ərazilərə səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısının tərtib edilməsi istiqamətində lazımi işlər görülüb: “Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə turizm potensialının təşviqi və bu ərazilərin turizm marşrutu kimi təbliği cəhdlərinin qarşısının alınması məqsədi ilə “Münaqişə zonalarının turizm baxımından təbliği və turizmin qanunsuz istifadəsinin qarşısının alınması” adlı qətnamə layihəsinin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının gündəliyinə salınması və irəlilədilməsi məqsədilə izahedici qeyd hazırlanaraq zəruri tədbirlər görülüb”.

Hesabata əsasən il ərzində Ermənistanda daxili ictimai siyasi vəziyyət və xarici əlaqələri izlənilib, Ermənistanın “Avrasiya İqtisadi Birliyi" və “Gömrük İttifaqı”na üzvlüyü kontekstində Azərbaycanın maraqlarının nəzərə alınması üçün qeyd edilən təşkilatların üzvləri ilə işlər aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR