Qubada muzeylər, tarixi obyektlər və mədəniyyət mərkəzləri ilə bağlı regional seminar keçirilib - FOTO

Qubada muzeylər, tarixi obyektlər və mədəniyyət mərkəzləri ilə bağlı regional seminar keçirilib - <span style="color: red;">FOTO
# 19 noyabr 2015 15:06 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Quba Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylərdə, tarixi obyektlərdə və mədəniyyət mərkəzlərində XXI əsrin kuratorluğu” mövzusunun müzakirəsinə həsr olunmuş regional seminar keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, seminarda ABŞ-ın Smitson İnstitutunun aparıcı tədqiqatçı antropoloqu, Asiya, Avropa və Orta Şərq etnologiyası üzrə kuratoru Pol Teylor, muzeyin Asiya mədəniyyəti tarixi proqramının tədqiqatçıları Cered Koller və Trevor Lumis Merrion, eləcə də azərbaycanlı alim və muzey mütəxəssisləri iştirak ediblər.

Pol Teylor qeyd edib ki, seminarda muzeylərdə və mədəniyyət mərkəzlərində mədəniyyətin nümayiş etdirilməsinin tarixi, müasir muzeylərin fəaliyyətinin nəzərdən keçirilməsi, muzeylərdə informasiya texnologiyalarından istifadə, onlayn və adi sərgilərin hazırlanması barədə təqdimatlar olub. Seminarda ideyaların, o cümlədən nümunələr əsasında təcrübələrin mübadiləsi aparılıb.

Seminar iştirakçıları Qubadakı “Gümbəzli hamam”a da səfər ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR