Paşha Bank
Bank Of Baku

Merts: "İstəklilər koalisiyası"nın sammiti noyabrın 19-da Berlində keçiriləcək

Almaniya kansleri Fridrix Merts

© APA | Almaniya kansleri Fridrix Merts

# 03 noyabr 2026 18:36 (UTC +04:00)

Almaniya, Fransa və Böyük Britaniya Ukrayna üzrə “İstəklilər koalisiyası”nın növbəti sammitini noyabrın 19-da Berlində keçirəcək.

APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə Berlində keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Fransa və Böyük Britaniya ilə birlikdə gələn həftədən sonra burada, Berlində “İstəklilər koalisiyası”nın sammitini keçirəcəyik”, – Merts deyib.

Kanslerin sözlərinə görə, o, noyabrın 19-da keçiriləcək görüşə koalisiyanın üzvlərini şəxsən dəvət edib. Sammitdə çoxsaylı dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Merts bildirib ki, görüşdə Ukraynaya yardımın əlaqələndirilməsi, münaqişə başa çatdıqdan sonra mümkün təhlükəsizlik təminatları və nizamlanma üzrə diplomatik səylərin uzlaşdırılması müzakirə olunacaq.

Almaniya kansleri vurğulayıb ki, münaqişə başa çatana qədər Avropa ölkələri Kiyevə dəstəyini davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR