Rauf Mirqədirovun məhkəməsi noyabrın 25-də davam etdiriləcək

 Rauf Mirqədirovun məhkəməsi noyabrın 25-də davam etdiriləcək
# 18 noyabr 2015 15:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, proses hakim Əlisultan Osmanovun sədrliyi ilə qapalı keçirilib.

R. Mirqədirovun vəkili Fuad Ağayev APA-ya açıqlamasında məhkəmə istintaqının başlandığını və məhkəmənin gedişindən narazı olmadıqlarını deyib. Vəkil bugünkü proses barədə əlavə məlumat verməyib.

Proses noyabrın 25-də davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR