Xalq artisti Muxtar Maniyev reanimasiyadan palataya köçürülüb

Xalq artisti Muxtar Maniyev reanimasiyadan palataya köçürülüb
# 15 avqust 2015 07:40 (UTC +04:00)

M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, xalq artistinin vəziyyəti hazırda orta-stabildir: “Əməliyyatdan sonra vəziyyəti orta-stabil qiymətləndirilir. Hazırda müalicəsi, müayinəsi davam edir, həkim nəzarətindədir. Ümumi əhvalı yaxşıdır, çalışırıq əməliyyatdan, xəstəlikdən söz salmayaq. Sağ olsunlar, dostları, sənət yoldaşları da Muxtara baş çəkirlər, zəng edənlər olur. Əsas odur, darıxmağa qoymurlar”.

Həyat yoldaşı əlavə edib ki, M. Maniyevin xəstəxanadan evə buraxılmasının tarixi bəlli deyil: “Açığı, bu haqda həkimlər bizə heç nə deməyiblər. Hər şey onların məsləhətindən və müalicələrdən asılıdır. Xəstəxanada qalmaqla bağlı narahatlığımız yoxdur, əsas odur, müalicəsi tam başa çatsın, özünü yaxşı hiss etsin, nə vaxt məsləhət olar, evə apararıq”.

Qeyd edək ki, avqustun 11-də xalq artisti Muxtar Maniyevin sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR