Samuxda 24 yaşlı oğlanı cərəyan vuraraq öldürüb

Samuxda 24 yaşlı oğlanı cərəyan vuraraq öldürüb
# 19 iyul 2016 16:37 (UTC +04:00)

Samux. Azər Məmmədli - APA. Samux rayonunda bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb. Kənd sakini 1992-ci il təvəllüdlü Nicat Mustafayev kənd ərazisində qırılaraq yerə düşən yüksəkgərginlikli elektrik naqilinə toxunan zaman cərəyan onu vuraraq öldürüb.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR