Apreldə kredit qoyuluşlarının həcmi 0,3% azalıb

Apreldə kredit qoyuluşlarının həcmi 0,3% azalıb
# 03 iyun 2015 12:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2015-ci ilin mayın 1-nə 20 004,8 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4 229,2 mln. manat və ya 26,81% çoxdur.

İlin əvvəli ilə müqayisədə isə apreldə kredit qoyuluşu 1987,4 mln. manat və ya 11,03% artıb.

Amma mart ayı ilə müqayisədə apreldə kredit təşkilatlarının kredit qoyuluşların həcmi 68 mln. manat və ya 0,34% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR