Bakının daha bir mərkəzi küçəsi təmirə bağlanır

Bakının daha bir mərkəzi küçəsi təmirə bağlanır
# 03 mart 2015 09:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Paytaxtın Səbail rayonunda yerləşən Nizami küçəsində təmir işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən “APA-Economics”ə verilən məlumata görə, artıq sözügedən küçənin Fikrət Əmirov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində işlər başa çatdırılıb. Həmin ərazidə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, asfalt-beton örtüyünün döşənməsi yekunlaşıb.

Qeyd edək ki, martın 4-dən etibarən həmin küçənin Azadlıq prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində işlər aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR