TQDK sədri ABŞ-da Müqayisəli və Beynəlxalq Təhsil Cəmiyyətinin təşkil etdiyi illik konfransında iştirak edir

TQDK sədri ABŞ-da Müqayisəli və Beynəlxalq Təhsil Cəmiyyətinin təşkil etdiyi illik konfransında iştirak edir
# 12 mart 2015 09:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ABŞ-da işgüzar səfərdədir.

TQDK-dan APA-ya verilən xəbərə görə, komissiya sədri Məleykə Abbaszadə və aparıcı məsləhətçi Vəli Hüseynov Brukinqs İnstitutunun Universal Təhsil Mərkəzi tərəfindən ABŞ-ın paytaxtı Vaşinqton şəhərində 5-6 mart tarixində təşkil olunmuş Tədqiqat Simpoziumunda iştirak ediblər.

TQDK sədri həmçinin Vaşinqton şəhərində 8-13 mart tarixində Müqayisəli və Beynəlxalq Təhsil Cəmiyyətinin (The Comparative and International Education Society) təşkil etdiyi növbəti illik konfransında iştirak edir. Tədbir zamanı təhsildə qiymətləndirmə, müxtəlif ölkələrin ölçmə-qiymətləndirmə təcrübələri ilə bağlı fikir mübadiləsi aparılır, bu istiqamətdə TQDK-nın müvafiq təcrübəsi və gələcək əməkdaşlıq perespektivləri müzakirə olunur.

Hər iki beynəlxalq tədbirdə TQDK-nın UNESCO-nun Statistika İnstitutu və Brukinqs İnstitutionun Universal Təhsil Mərkəzinin rəhbərlik etdiyi Təhsil göstəriciləri üzrə hədəf qrupuna verdiyi tövsiyələri bir daha vurğulanıb və yüksək qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR